Sumqayıtdakı silahlı basqında yaralananların vəziyyəti ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Sumqayıtda evə silahlı basqın olub. Hadisə nəticəsində 2 nəfər qətlə yetirilib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

media-banner_tkm

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən Yenicag.az-a verilən məlumata görə,
1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri orta ağırdır.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05