Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Suriya üçün dördlü zirvə - Türkiyə təşəbbüsü ələ alır

Bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Suriya mövzusunda dördtərəfli zirvə görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdən sonra yayılan bəyannamədə Suriyada davamlı atəşkəsin önəmi vurğulanıb və tərəflər bunun üçün birgə səy göstərməkdə qərarlı olduqlarını ifadə ediblər.

Sammitdə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində atılması vacib olan addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması, ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ilin sonunadək Suriyada konstitusiya komitəsinin formalaşdırılması işini başa çatdırmağa çağırıb.

Türkiyə, Rusiya, Almaniya, və Fransa liderləri zirvə görüşünün yekunlarına dair mətbuat üçün bəyanatlarla çıxış ediblər.

www.yenicag.az

13164
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100