!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada BÖYÜK OYUN: “Qərb müharibəni başqa platformaya keçirməyə çalışır”

!Reklam – Yazi

“Qərb Yaxın Şərqdəki müharibəni başqa bir platformaya keçirməyə çalışır”.

Bu sözləri Yenicag.az-a hərbi ekspert Tərlan Eyvazov deyib.

İsrail-Livan arasında anlaşma və Suriyada proseslərin yenidən alovlanmasını şərh edən analitikin fikrincə, sözügedən atəşkəsin əldə olunması gözlənilən idi:

“Livan kiçik də olsa, dövlətdir. Bundan əlavə, orada dövlət içində “Hizbullah” kimi dövlətə bənzər qrup da var. Ən əsası da “Hizbullah”ın döyüşən ordusu var. Qəzza bölgəsində isə nəzarət olsa da, dövlət yoxdur. Artıq üçüncü dəfədir ki, Livanla İsrail arasında müharibə olur. Bundan əvvəlki hücumlar da sülh müqaviləsi ilə yekunlaşıb. Buna səbəbdən, həm dövlətin, həm xalqın, həm də beynəlxalq aləmin ciddi dirənişi başladı ki, nəticədə İsrail üzüsulu Livandan çəkidi”.

“Livan-İsrail arasındakı müharibənin bitməsi fonunda Suriyada hökumət qüvvələri ilə müxalif qüvvələr arasında döyüşlər başlayıb. Suriyada daxili münaqişənin qızışmasında birinci növbədə Qərb, ABŞ maraqlıdır. Düşünmürəm ki, vətəndaş müharibəsindən sonra Əsəd rejimi hansısa zəiflik göstərsin. Qərb müharibəni başqa bir platformaya keçirməyə çalışır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

74
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv