!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada TOQQUŞAN MARAQLAR: “Təsirsiz ötüşməyəcək”

!Reklam – Yazi

“Hazırda dünyada müharibə anlayışında ciddi bir dəyişiklik müşahidə olunur. Reallığa uyğun olaraq müharibənin də inkişaf, səbəb və nəticələri yenilənir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, dünyada baş verən bütün siyasi məsələlər bir-birləri ilə əlaqədardır:

“Məsələn, indiki dövrdə də Suriyada baş verən hadisələri bütün dünya izləyir. Çünki regionda baş verən hansısa bir hadisə digər regionlara da təsirsiz ötmür. Bundan əlavə, elə Rusiya-Ukrayna münasibətləri olsun, artıq iki ildir ki, davam edən müharibə ən qızğın nöqtəsinə çatıb. Sözsüz ki, bu nəin ki regionu, eləcə də bütün dünyanı əlaqələndirir. Ukraynaya edilən hərbi dəstəklər, Rusiyanın atdığı yeni addımlar, dünyada baş verən yeni hadisələr üçün də zəmin rolu yaradır”.

Politoloq Suriya məsələsinə dair Türkiyənin siyasi maraqlarından da danışıb:

“Dünyanın müxtəlif yerlərində müxtəlif siyasi proseslər gedir. Təbii ki, Türkiyə belə bir vəziyyətdə dünya güclərinin maraqlarının həmin siyasi proseslərə yönəlməsindən istifadə edərək Suriya məsələsini həll etmək istəyir. Bu həm Suriya, həm qonşu dövlətlər, həm də region üçün çox vacibdir. Üçüncü Dünya müharibəsinin baş verməsi məsələsinə gəldikdə isə bunun az ehtimal olduğunu hesab edirəm. Doğrudur, böyük gərginliklər var, lakin, zənnimcə, bu gərginliklər Üçüncü Dünya müharibəsindən xəbər vermir. I və II Dünya müharibələrinə nəzər saldıqda görürük ki, dünya müharibəsinin baş verməsi üçün iki müxtəlif qütb lazımdır. Hazırda isə bu hadisə müşahidə olunmur”.

Mayıl Soltanov

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv