!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada yeni kürd dövləti YARANIR? – “Türkiyə icazə verməyəcək”

!Reklam – Yazi

“Türkiyənin Suriya ərazisində PKK terror təşkilatının dövlət qurmasına icazə verməsi qətiyyən inandırıcı görünmür. Bildiyiniz kimi, PKK terror təşkilatı Suriyada ABŞ tərəfindən birbaşa dəstəklənir. ABŞ bu təşkilata silah-sursat təmin edir, onlara hərbi təlimlər keçir və hətta PKK-nı Suriyadakı müttəfiqi kimi təqdim edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Analitik Suriyada Əsəd rejimin devrilməsindən sonra regiondakı vəziyyəti yaradılması ehtimal olunan kürd dövləti ilə bağlı səslənən iddiaları şərh edib.

Onun sözlərinə görə, bu dəstək, faktiki olaraq, PKK-nın əsas sponsoru və himayədarının ABŞ olduğunu göstərir:

“Suriyada baş verən hadisələrin əvvəlki mərhələsində Rusiya və İranın proksi qüvvələri məğlub edildi. Bu nəticə ABŞ-nin maraqlarına uyğun idi və o, bu proseslərə müdaxilə etmədi. İndi isə Suriyada yeni bir mərhələ başlayır. Bu mərhələ Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradan PKK terror təşkilatının sıradan çıxarılması ilə bağlıdır”.

E. Xalidbəylinin fikrincə, Türkiyənin əsas hədəfi PKK-nı tamamilə zərərsizləşdirməkdir:

“Ankaranın bu məqsədə çatmaq üçün ciddi addımlar atacağı ehtimal olunur. Lakin bu proses Türkiyə ilə ABŞ arasında yeni problemlərin yaranmasına səbəb ola bilər. Türkiyə PKK-nın tamamilə sıradan çıxarılmasını tələb edərkən, ABŞ bu təşkilatı müdafiə etməyə davam edə bilər. Bu isə iki ölkə arasında maraqların kəskin ziddiyyətinə yol açacaq. Rəsmi Ankara PKK-nı nəzarətsiz buraxmayacaq. Türkiyə üçün Suriyada və İraqda PKK-nın dövlət qurması qırmızı xətdir və belə bir ssenariyə heç bir halda icazə verilməyəcək”.

Rafi Müslümov

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv