!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyadan sonra NÖVBƏTİ HƏDƏF – İranı gözdən çıxarmaq istəyən KİMLƏRDİR?

!Reklam – Yazi

“Suriyadakı proseslərin ümumi məğzi İran hakimiyyətinin regiondakı gücünün zəifləməsi, nüfuzunun azalması və maraqlarının sıxışdırılması ilə bağlıdır. HƏMAS, “Hizbullah” və Bəşər Əsəd rejiminin zəifləməsi və ya devrilməsi, İranın həm Qəzza zolağında, həm də Livanda təsirinin azalmasına səbəb olur. Bu, həmçinin Suriyadan çəkilməyə və İran hakimiyyətinin daxilən izolyasiyaya məruz qalmasına gətirib çıxarır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri Sədrəddin Soltan deyib.

Analitik Suriyadan sonra növbəti hədəfin İran olması ilə bağlı səslənən iddialara münasibət bildirib.

Onun sözlərinə görə, bu vəziyyət o deməkdir ki, İran hakimiyyəti artıq rəqib və düşmən hesab etdiyi ölkələrə başqa dövlətlərin ərazisində təsir göstərmək imkanından məhrum olur:

“İndi isə sual yaranır: İran bu vəziyyətdən necə çıxacaq? Burada isə Tehran iki yoldan birini seçməlidir: 1. İslahatlar aparmaq və regiondakı yeni güclərlə, eləcə də maraqları təmin etmək istəyən dövlətlərlə əməkdaşlıq etmək; 2. Əvvəlki kimi radikal və düşmən mövqedə qalaraq, proseslərin özünə qarşı yönəlməsini sürətləndirmək.

Hadisələrin gedişatı göstərir ki, İran hakimiyyəti regiondakı dəyişikliklərə ciddi müqavimət göstərmək iqtidarında deyil və reallıqla barışmaq məcburiyyətindədir. Bu isə İranın Qərblə münasibətlərin normallaşması üçün şərait yaradır. Avropa ölkələri – Böyük Britaniya, Almaniya və Fransa ilə dialoqların başlanması mümkün görünür. Tehran rəhbərliyi islahatlar aparmaq istiqamətində konkret addımlar atmalı və bu çərçivədə yeni təkliflərə açıq olmalıdır”.

S. Soltana görə, əsas məsələ İranın ideoloji əsaslarının dəyişdirilməsi və islahatçı qüvvələrin hakimiyyətə gətirilməsidir:

“İdeal variant İran daxilindən gerçək islahatçı bir gücün çıxaraq Qərblə münasibətləri normallaşdırmasıdır. Seçkilərdən əvvəl və sonra verilən bəzi açıqlamalar bu istiqamətdə irəliləyişə işarə edir. Hətta bəzi İran təmsilçilərinin regional məsələlərin müzakirəsinə hazır olduğunu bəyan etməsi Qərblə əlaqələrin normallaşdırılmasına dair mesajlar verir. Çünki Tehran daxilində Qərblə əməkdaşlığa maraq göstərən bir qrup var. Lakin İranın Rusiyanı müttəfiq kimi qəbul etməsi uzunmüddətli strateji yanaşma deyil. Tarix göstərir ki, İran və Rusiya arasında etibarlı müttəfiqlik heç vaxt olmayıb. Nəticə olaraq, İran üçün ən optimal yol islahatlardan və Qərblə dialoqlardan keçir. Əks halda, regiondakı dəyişikliklər İran hakimiyyətində daha sürətli və məcburi islahatlara yol aça bilər”.

Rafi Müslümov

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv