Sürücü özünü yandırdı

media-hightechnic-468x90

75758Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişlərinin onu döyməsindən sonra özünü yandırıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu gün saat 17 radələrində baş verən hadisənin şahidlərinin bildiriblər ki, metronun “20 yanvar” stansiyasının yaxınlığında avtobus sürüsücü amansızlıqla döyülüb. Əsəbləşən sürücü isə üzərinə benzin tökərək özünə od vurub.

Nəqliyyat Nazirliyinin işçiləri olduqları iddia edilən şəxslər yanğın əleyhinə olan balonla onu söndürərək, hadisə yerindən qaçıblar.

Ağır yanıq xəsarətləri alan sürücü Respublika Yanıq Mərkəzinə aparılıb.

Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, intihara cəhd edən şəxs 39 yaşlı Arzuman Həzərxan oğlu Hümbətovdur.

Xəstəxanadan verilən məlumatda deyilir ki, A. Hümbətovun vəziyyəti ağırdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa