Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

neqliy0Aparılan təmir işləri ilə əlaqədar 30 aprel tarixindən etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə ( M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət ) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.

Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Qeyd edək ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudlaşdırma tətbiq edilmir.

media-ziraat-728x90

Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

748960321cee89e4c8aac60cc900e7c6Dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb

Bakının Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki işıqforun fazalarında (faza – işıqfor işıqlarının yanma müddəti) dəyişiklik edilib.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu addım Bakıda avtomobil sıxlığının qarşısını almaq məqsədilə atılıb.

Məlumatda qeyd edilib ki, bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb. Belə ki, A. Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədi ilə işıqforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb.

Bundan başqa işıqforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələri də aradan qaldırılıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600