Torpaqlarımız işğaldan azad olunduqdan sonra vətəndaşlara bir günlük həmin ərazilərə getmək və torpaqlarımızı görmək imkanı yaranıb.
Bunu da vətəndaşlar yolumuzqarabaga.az saytı vasitəsi ilə bilet əldə edərək, işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli şəhərlərinə səfər həyata keçirə bilirlər. Lakin son zamanlar vətəndaşlar saytın aktiv olduğu vaxtlarda Şuşa şəhərinə olan səfər biletlərini ala bilməmələrindən şikayətlər edirlər.
Son zamanlar sosial şəbəkələrdə bəzi turizm şirkətləri tərəfindən işğaldan azad olunmuş ərazilərə saytda qeyd olunan qiymətdən 2 dəfə baha turların və səfərlərin təşkil olunduğunu da müşahidə edə bilirik.
Bəs görəsən, bu turizm şirkətləri hansı yollarla həmin biletləri əldə edir?
Mövzu ilə əlaqədar Yenicag.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, əgər bəzi turizm şirkətləri əvvəlcədən biletləri əldə edərək, sonradan vətəndaşlara satırsa, bu qəbuledilməzdir və bununla bağlı addımlar atılmalıdır:
Daha ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov
www.yenicag.az