Süveyş kanalında gəmilərin hərəkəti dayandırıldı

media-hightechnic-468x90

Yük gəmisi ilə ponton körpüsünün toqquşması səbəbindən Süveyş kanalında gəmilərin hərəkəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Misirin yerli telekanalı məlumat yayıb.

Verilən məlumata görə, toqquşma İsmayıliyyə şəhəri yaxınlığında baş verib.

Süveyş kanalının administrasiyası qəzanın nəticələrini aradan qaldırmaq üçün lazım olan hər şeyə malik olduğunu bildirib.

“İdarə xilasetmə əməliyyatlarında lazımi təcrübəyə, həmçinin potensial fövqəladə hallara peşəkarcasına cavab vermək üçün lazımi naviqasiya və texniki imkanlara malikdir”, – deyə kanalın Administrasiyasının rəhbəri bildirib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600