Tac-Mahala səfər gündəmdən çıxdı

media-hightechnic-468x90

img1728092Səudiyyə kralının ölümü səfər planını dəyişdi
Yenicag.az müsavat-a istinadən bildirir ki, ABŞ prezidentinin Tac Mahala səfəri gündəmdən çıxıb.

Prezident Obama xanımı Mişel Obama ilə birlikdə bu möhtəşəm abidəni Hindistana 3 günlük səfəri ərzində ziyarət etmək fikrində idi.

Bu münasibətlə nəhəng kompleksə daxil olan əraziləri, xüsusən hovuzları təmizləmək üçün görüləcək işlərə xeyli adam cəlb olunmuşdu.

Ancaq ərazinin rəhbəri Pradeep Bhatnaqar bildirib ki, ona Obamanın səfərinin gündəmdən çıxması haqqında məlumat verilib: “Ziyarətin təxirə salınmasında bizdən asılı bir şey yoxdur. Ola bilər ki, Səudiyyə Kralının vəfatı prezident Obamanı tələsməyə vadar edib”.

“The Hindustan Times” isə bu versiyanı əsas səbəb kimi dəyərləndirib. Ağ Ev bu məsələyə hələ ki, rəsmi münasibət bildirməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600