!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tacir Şahmalıoğlu: “Xalqımız məndən yetərincə istifadə etmədi, heç indi də etmir”

!Reklam – Yazi

“Bəzən ehtiyac və maddi sıxıntılar üzündən sənətimlə bağlı hansısa yenilikləri üzə çıxara bilmirəm”.

Bu sözləri tanınmış müğənni Tacir Şahmalıoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, fəaliyyəti dövründə qarşılaşdığı hər şeyə rəğmən, bu sənəti seçdiyinə görə peşman olmadığını bildirib:

“Sənətə gəldiyimə görə heç vaxt peşmanlığım olmur. Çünki həyatda qazandığım hər bir şeyə görə sənətimə borcluyam. Məndən bir də bu həyata gəlməyəcək. Demirəm, müğənnilər olmayacaq, əlbəttə ki minlərlə müğənni olacaq, amma Tacir olmayacaq.

Xalqımız məndən yetərincə istifadə etmədi, heç indi də etmir. Amma bu da mənə heç vaxt əsas vermədi ki, bir an da olsa, sənətimdən bezim. Bəzən ehtiyac və maddi sıxıntılar üzündən sənətimlə bağlı hansısa yenilikləri üzə çıxara bilmirəm. Amma bacardığımı edirəm.

Hər kəs bilir ki, mənim heç vaxt sponsorum olmayıb. Bu sənətdə neyləmişəmsə, öz cibimin pulu hesabına etmişəm, halal xoşları olsun. Amma mənə təkan verən, maddi dəstək göstərən sponsorlarım olsaydı, daha çox uğurlara imza atardım. Nə yazıq ki mənim də öz problemlərim var, hər işi öz gücümə etmək imkanım xaricindədir”.

Sənətçi “Hansı məqamlarda əl-qolunuz soyuyur” sualını da cavablandırıb:

“Ədalətsizlik görəndə, sənətdən xəbəri olmayanlar ad qazananda, ən başlıcası, ədalətsizlik görəndə, əlim soyuyur. Amma işimdən aldığım ruh əlimi sənətdən soyumağa imkan vermir. Öz gücümlə ölənə qədər yazacam, yaradacam”.

Cəvahir

COP29

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv