Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, bu gün bir idmançımız dayanq üzərinə çıxıb.
Kişilərin mübarizəsində 80 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Milad Beigi Hərçəqani artıq yarımfinala vəsiqə qazanıb. Milad qarşılaşdığı rəqibləri nigeriyalı Djibo Bagna Kadrı (30:9), yapon idmançı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan respublikası) 6:4 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Komandamızın liderlərindən olan Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cooka 41:5 hesabı ilə məğlub edib. Miladın final rəqibi isə Rusiya təmsilçisi Anton Kotkov olub. O, 21:3 hesabı ilə məğlub edərək, dünya çempionatının qızıl medalına sahib olub.
Komandamızın daha bir üzvü Məhəmməd Məmmədov isə finala çıxa bilməyib. 63 kq. çəki dərəcəsində yarışan gənc taekvondoçumuz bu gün yarımfinalda İran taekvondoçusu Mirhashem Hosseini ilə döyüşdə 5:6 hesabı ilə məğlub olaraq, dünya çempionatının bürünc mükafatına layiq görülüb.
www.yenicag.az