Tanınmış jurnalistin “Kərkükdən Bakıya” adlı kitabı nəşr olundu

media-hightechnic-468x90

Türk toplumları ilə bağlı mühüm təqdiqatların müəllifi olan jurnalist Ağanisə Sultanın 4-cü kitabı işıq üzü görüb.

Yenicag.az xəbər verir ki, “Kərkükdən Bakıya” kitabı İraq-Şam İslam Dövlətinin (İŞİD) anarxiyasına son qoyulduqdan sonra İraqın Bağdad, Ərbil, xüsusilə də, Turkman qardaşlarımızın əzəli torpaqları olan Kərkükdəki soydaşlarımızın bugünkü yaşamına, siyasi, mədəni həyatlarına həsr olunub.

Eyni zamanda, kitabda Səddam Hüseyn dönəmində turkmanlara qarşı şüurlu şəkildə törədilən 1980-ci ilin yanvar soyqırımından, Altınkörpü soyqırımından və digər qanlı repressiyalardan ətraflı bəhs edilir.

Müəllif qələmə aldığı kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə və Kərkük səfəri zamanı yüksək qonaqpərvərliyə görə İraq Türkməneli Partiyasının başqanı, Riyaz Sarıkahyaya, Yilmaz Huseyinə və digər soydaşlarımıza minnətdarlığını bildirib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa