Prodüser məşhur müğənnini biabır etdi: “Sənə soyunmağı kim təklif edib?”

“Prodüserlərin müğənnilərə təklifi: məşhur olmaq istəyirsənsə, soyun. Bəs, müğənnilər buna niyə razı olurlar? Çünki ağılları yoxdur”.

Müğənni Sevinc Musayeva sosial şəbəkədə yazdığı sözlər tanınmış prodüser Pərviz Fəqanı özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən prodüser qarşı tərəfin ünvanına kəskin fikirlər səsləndirib:

“Sən kimsən axı, prodüserləri ittiham edəsən? Sənə kim soyunmağı təklif edibsə, adını de. Sənəti olan müğənni həmişə gündəmdə qalır, sənəti olmayanlar soyunur. Prodüser əziyyət çəkir, iş görür. Axırda da hansısa müğənni ortalığa çıxıb onu biabır etməyə çalışır. Azərbaycanda 3-4 peşəkar prodüser var, onlar da normal müğənnilərlə çalışır. Və işlədikləri müğənnilər də sənətləri ilə gündəmdədirlər. Sən isə üç-dörd aydan bir çıxıb, soyunmağı ortalığa atıb, özünü reklam edirsən. Ayıbdır”.

Cəvahir