Tanınmış teletənqidçi “Səni axtarıram” mübahisəsinə son qoydu

media-hightechnic-468x90

11046427_1382220862096881_5480274827194536705_n (1)Tanınmış teletənqidçi, hüquqşünas Xanlar Xoca “Səni axtarıram” verilişi ətrafında yaşanan mübahisələrə münasibət bildirib. O, qeyd edir ki, Azərbaycan hüquqi dövlətdir və bu kimi məsələlər qanunla tənzimlənir.

Xanlar Xoca məsələnin hüquqi tərəfini belə izah edib: “Bu məsələdə hüquqi üstünlük verlişi istehsal etmiş və müəllif hüququnu əldə etmiş telekanalın tərəfindədir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununa və həmçinin Azərbaycanın 1998-ci ildə ratifikasiya etmiş olduğu “Ədəbi bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”na əsasən əgər müəlliflik hüququ telekanaldadırsa onun icazəsi olmadan hansısa veriliş və ya əsər eyni adda, eyni formatda başqa telekanalda istehsal oluna, yayımlana bilməz”.

“Bu gün ATV-nin yaydığı açıqlamadan isə belə məlum oldu ki, müəlliflik hüququ telekanala məxsusdur. Ona görə mübahisəni uzatmaq mənasızdır”-deyə,  Xanlar Xoca xüsusilə vurğulayıb.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600