Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tarkan, Beren Saat, Kıvanç Tatlıtuğun heykəli – Madam Tüssoda

AzNews.az_kollaj_muzeyMadam Tüsso müzeyi artıq Türkiyədə də açılacaq.

Dünyanın ən məşhur muzeylərindən biri olan və mərkəzi Londonda yerləşən Madam Tüssonun bir şöbəsi də İstanbulda yerləşəcək.

Muzeyin Türkiyə flialı Grand Pera ticarət mərkəzinin içərisində yerləşəcək. Muzey üçün heykəli düzəldiləcək ilk məşhurların Demet Akbağ, Hülya Avşar, Tarkan, Kıvanç Tatlıtuğ, Beren Saat və Mazhar Fuat Özkan olacağı bildirilir. Hətta Londondan gələn heyətin məşhurlarla görüşüb, onlardan heykəl üçün ölçü götürdüyü də deyilir.

Qeyd edək ki, dünyada çox sayda şöbələri olan muzeydə Mustafa Kamal Atatürk, Barak Obama, Elvis Presli, Mandela, Madonna, Bred Pitt, Ledi Qaqa, The Beatles kimi məşhur şəxslərin heykəlləri yer alır.(Aznews)

www.yenicag.az

422