!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tiflisdə  azərbaycanlı uşaq faciəvi şəkildə öldü

!Reklam – Yazi

Tiflisin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib.

Yenicag.az xəbər verir ki, yeniyetmələr xəstəxanaya yerləşdirilib. Onlardan biri əməliyyata alınıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin uşaq ölüb.

Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimlər deyiblər ki, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb.

Xəstəxanada ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu müəyyənləşib. Uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.

“14 yaşlı Aslan Məmmədovun ölümü ilə nəticələnmiş faciə ilə bağlı uşağın valideynləri, ailəsi, sinif yoldaşları və müəllimlərinə dərin hüznlə başsağlığı verirəm”, – deyə baş nazirin başsağlığı müraciətində bildirilir.

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli də Aslan Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib. Nazir bildirib ki, baş vermiş bədbəxt hadisənin səbəbi istintaqla müəyyən olunacaq və adekvat reaksiya veriləcək.

“Aslan Məmmədovun ailəsi və doğmalarının böyük kədərini bölüşürəm. Xəsarət almış digər uşaqların tezliklə sağalacağına inanıram”, – M.Çxenkelinin başsağlığında deyilir.

Tbilisi meri Kaxa Kaladze də A.Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib. O bildirib ki, pəncərə şüşəsinin düşdüyü binada təmir-bərpa işləri 2008-ci ildə başa çatdırılıb: “İstintaq insidentin başvermə səbəbini müəyyən edəcək”.

Məmmədovun faciəvi ölümü ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də başsağlığı verib.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb. (APA)

COP29

www.yenicag.az

2877
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv