Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində 140 briqada xətdə olacaq.
Baş həkimin müavini əlavə edib ki, bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur: “Bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməyi ilə bağlıdır”.
O. Şahmalıyev qeyd edib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub.(APA)
www.yenicag.az