!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehrandan “yumşaq diplomatiya”: “Sərt siyasət yürütmək İranın maraqlarına ziddir”

!Reklam – Yazi

“Azərbaycana qarşı sərt siyasət yürütmək İranın maraqlarına ziddir”.

Bunu Yenicag.az-a açıqlamasında İranın Azərbaycanla yaxınlıq siyasətini zəruri edən amillərdən danışan politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, ötən ilə qədər İranın Azərbaycana qarşı mövqeyi tamamilə fərqli idi.

“Xüsusilə Azərbaycana qarşı ciddi təhdidlər hətta səfirliyə terror aktı törədilməsinə qədər uzandı. İranın həmin vaxt məqsədi vardı, lakin istədiyinə nail ola bilmədi və geri çəkildi. Bunu isə bir neçə kontekstdə qiymətləndirmək mümkündür.

İlk olaraq İran, təzyiq göstərərək Azərbaycanın öz maraqlarından geri çəkiləcəyini düşünürdü. İkincisi isə Türkiyə ilə bağlıdır. İki qardaş ölkə arasındakı strateji müttəfiqlik qalxan rolunu oynadı. Bu isə İran üçün çəkindirici amil idi. Eyni zamanda, İran Rusiya ilə əlaqələrini gücləndirmək və Azərbaycan-Türkiyə birliyinə qarşı birgə siyasət həyata keçirmək istəyirdi. Zəngəzur dəhlizinin NATO-nun Transxəzər dəhlizi kimi təqdim edilməsində də məqsəd buna hesablanıb. Lakin Rusiya İranın həmin siyasətinə dəstək vermədi”.

Analitikin fikrincə, sadalanan amillərin nəticəsi olaraq İranın Azərbaycanla müsbət münasibətlər qurmaq ehtiyacı daha aydın hiss olundu:

“Xüsusilə İbrahim Rəisi və komandası dövründə regionda İranın maraqları kontekstində yumşalma prosesi başladı. Onların ölümündən sonra İranın Azərbaycana qarşı sərt mövqedə olan qüvvələri arxa plana keçdi və normallaşma prosesi davam etdi. Pezeşkianın gəlişi ilə bu proses daha da irəlilədi. Hazırda, Azərbaycan və İran arasında həm iqtisadi, həm də siyasi və hərbi sahələrdə əməkdaşlıq mövcuddur. Bu, həm Azərbaycanın, həm də İranın regional maraqları ilə uyğundur. Lakin, İran daxilindəki anti-Azərbaycan qüvvələri və SEPAH-ın güclənməsi ilə bağlı narahatlıqlar hələ də mövcuddur. SEPAH-ın təsirinin artması Azərbaycana qarşı təzyiq və təhdid cəhdlərinin yenidən baş qaldırmasına səbəb ola bilər. Bu isə İranın özünə daha böyük risk deməkdir. Çünki regionda Azərbaycana qarşı sərt siyasət yürütmək İranın maraqlarına ziddir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

79
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv