!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehranın Qərbə MESAJI: “İran hakimiyyəti ilə razılaşmayanlar sıradan çıxarılır”

!Reklam – Yazi

“Son zamanlar İranın proksi qüvvələri ilə Tehran rejimi arasında ziddiyyətlərin olduğu bildirilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Orta Doğru Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

Analitik son günlər İsrailin İrana bağlı olan proksi güclərə qarşı başlatdığı əməliyyatlarda Tehran administrasiyasının susqunluğunu pozmamasının pərdəarxası məqamlarını izah edib.

S. Soltana görə, hesab edilir ki, hazırda Tehran hakimiyyəti ilə razılaşmayanlar sıradan çıxarılır:

“Məsələn, bunu daha çox da HƏMAS Siyasi Bürosunun sabiq sədri İsmayıl Haniyə ilə bağlı deyirlər. Amma bütün hallarda, İran hakimiyyətinin yeganə çıxış yolu Qərblə danışıqlara başlamaq və münasibətlərə aydınlıq gətirməkdən ibarətdir. Bunun üçün də rəsmi Tehran qüvvələrini Yaxın Şərqdən çıxarıb daxilə aparmalıdır. Əks halda, sözügedən qüvvələr regionda qaldıqca, İran bölgədə Qərbin maraqlarına qarşı fəaliyyət göstərəcək ki, bu da danışıqlar prosesində uğurlu nəticələrin olunmasına və Tehran administrasiyasının sanksiyalardan xilas olmasına problem yaradacaq”.

İranşünas hesab edir ki, M. Pezeşkian İsrailin tərksilah olunmasından sonra İranın da tərk silah olacağı haqqında səsləndirdiyi fikirlər Tehranın Qərbə mesajıdır:

“Bu ismarışın altında da çox böyük məsələlər dayanır. Bu, onu göstərir ki, İranda Qərblə danışığa getməyin əsas yolu İsraillə münasibətlərin normallaşmasından keçir. Bunun üçün də, ilk növbədə, Tehran-Təl-Əviv danışıqları vacibdir. Əks təqdirdə, digər danışıqlar səmərəsiz olacaq.

Başqa bir tərəfdən, Pezeşkian bu ismarışla bildirmək istəyir ki, Tehran hakimiyyətində Qərblə danışıqlara hazır olan qüvvələr var. Üçüncü bir məsələ isə budur ki, prezident bu tip bəyanatları özbaşına verə bilməz. Əgər o sözügedən bəyanatları özbaşına versəydi, onun təyyarəsi Nyu-Yorkdan Tehrana gəlib düşdüyü gün onu həbs etməli idilər. Bütün bu çıxış, bəyanat və açıqlamalar İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi və onun başçılıq etdiyi qurumla məsləhətləşmələrin nəticəsində elan olunub. Ona görə də İran hazırda Qərblə danışıqlara açıq olduğunu göstərir”.

Mütəxəssis onu da diqqətə çatdırıb ki, bunun üçün müxtəlif şərtlər var ki, onlardan da biri Yaxın Şərqdə İranın “müqavimət hərəkatı” adlandırdığı silahlı qruplaşmalar fəaliyyətini dayandırması, yaxud tərksilah olmasıdır:

“Bundan başqa, digər məsələ İranın nüvə proqramı ilə bağlıdır. Nüvə proqramı isə adi bir məsələ deyil. İranın atom silahı əldə etməməsi, eləcə də ballistik raketləri Rusiyaya tədarük etməməsi məsələləri burada yer alıb. Bu baxımdan, İran hakimiyyətinin seçəcəyi ən düzgün yol İsraillə münaqişəyə getməmək, ona atəş açmamaq, cavab verməmək və bununla da özünün Qərb qarşısında etimadını və etibarını artırmaqdır.

“Yəni İran bununla deyir ki, “İsraillə müharibə etmirəm və danışıqlara hazıram. Adamlarımı qırsanız da, təşkilatlarımı dağıtsanız da, mən danışıqlara hazıram və gəlin, danışıqlar aparaq”. Ola bilsin ki, həmin təşkilatların istifadə müddəti də başa çatıb və buna görə də artıq Tehran hakimiyyəti qarşısında qoyulan məsələlər mövcuddur. Bunlardan başlıcası isə İranın Yaxın Şərqdə zəbt etdiyi ərazilərdən çıxarılması məsələsidir. Çünki Livan və Qəzza zolağı Tehran rejiminin zəbt etdiyi ərazilərdir. Ola bilər ki, bunlar da danışıqların mövzusu olsun. Lakin, hər halda, “Hizbullah”ın sabiq lideri Həsən Nəsrullah və onunla birlikdə İrana bağlı olan şəxslərin öldürülməsi Tehranın həm də öz adamlarını adıçəkilən məsələdə güdaza verməsi kimi dəyərləndirilə bilər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv