Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil nazirliyimiz də mənfilərin arasında

images (1)2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 64445 xəbər yerləşdirilib. Bunlardan 62712-si neytral, 1698-u mənfi, 1564-ü isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Vergilər Nazirliyi (67 xəbər – Coca-Cola Vergilər Nazirliyini məhkəməyə verib), Təhsil Nazirliyi (36 xəbər – Təhsil Nazirliyi ittiham edildi, cərimələrin artırılması tələb olundu), Müdafiə Sənayesi Nazirliyi (34 xəbər – nazirlik ləğv olunsun: deputatdan təklif).

Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (1115 xəbər – qanunsuzluqlar aşkar edib), Maliyyə Nazirliyi (118 xəbər – nazirlik korrupsiya faktlarını aşkarladı), Kənd Təsərrüfatı Nazirliyi (106 xəbər – İrandan Azərbaycana gətirilən 48 ton kartof zərərsizləşdirildi).

Xəbər sayına görə sıralama:

1. Daxili İşlər Nazirliyi 9486 xəbər
2. Müdafiə Nazirliyi 6387 xəbər
3. Səhiyyə Nazirliyi 4672 xəbər
4. Fövqəladə Hallar Nazirliyi 4345 xəbər
5. Təhsil Nazirliyi 4320 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5130 xəbər dərc edilib. Bu xəbərlərdən 5079 xəbər neytral, 51 isə müsbət xəbərdir.

Yazılı mətbuatda (qəzet və jurnallarda) müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (31 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (20 xəbər – İrandan Azərbaycana gətirilən 48 ton kartof geri qaytarılıb).

Xəbər sayına görə sıralama:

1. Daxili İşlər Nazirliyi 692 xəbər
2. İqtisadiyyat Nazirliyi 468 xəbər
3. Ədliyyə Nazirliyi 409 xəbər
4. Təhsil Nazirliyi 395 xəbər
5. Səhiyyə Nazirliyi 357 xəbər

Fevral ayında televiziya kanallarında nazirliklər haqqında 1564 xəbər göstərilib. Bu xəbərlərdən 1556 xəbər neytral, 8 xəbər müsbətdir.
Xəbər sayına görə sıralama:

Təhsil Nazirliyi 165 xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 137 xəbər
Kənd Təsərrüfatı Nazirliyi 128 xəbər
İqtisadiyyat Nazirliyi 126 xəbər
Fövqəladə Hallar Nazirliyi 121 xəbər

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi nazirliklərlə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

www.yenicag.az

303