“İran apreldən sonra bir daha göstərdi ki, İsrail toxunulmaz deyil və dəmir qübbə sistemləri aşıla bilir. Eyni zamanda, İranın zərbələri göstərir ki, İsrail ABŞ olmadan təklənə bilər”.
Yenicag.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.
Nəşr yazır ki, bu baxımdan, Tehran son üç ayda passivliyi pozaraq, əl yüksəltdi və İsraili vura biləcək imkanlara hələ də malik olduğunu nümayiş etdirdi.
Məlumata görə, bu Yaxın Şərqdə Tehran və Təl-Əviv arasında olan gərginliyi daha da artıracaq.
Qeyd olunur ki, Yaxın Şərqdə mübarizə qeyri-dövlət aktoru ilə dövlət aktoru arasında olmaqdan çıxıb, dövlətlər arası xarakter alır.
“Bir sözlə, münasibətlər İran və İsrail arasında birbaşa qarşıdurmaya aparır ki, bu da bütün İran ətrafı ölkələrə təsir edə bilər.
İsrail ərəb ölkələri vasitəsilə İrana mesaj göndərib ki, İsrail ərazisinə istənilən birbaşa hücum onun nüvə obyektlərinə və neft infrastrukturuna hücumla qarşılanacaq, lakin İran bütün xəbərdarlıqlara baxmayaraq hücum etmək qərarına gəlib”, – məlumatda deyilir.
Həmçinin bildirilib ki, ABŞ diplomatik kanallar vasitəsilə İrana bildirmişdi ki, ötən gecə əsla İsraillə zərbələr endirilməsin və bunun İran üçün ciddi nəticələri olacaq:
“Lakin Tehran Birləşmiş Ştatların xəbərdarlıqlarına baxmayaraq İsrailə zərbələr endirilməsi əmrini verib və eskalasiyanı seçib”.
Yerli media isə yazır ki, İsrail kabineti birbaşa İrana zərbələr endirilməsi ilə bağlı konsensusa gəlib.
Vurğulanıb ki, İsrail kabinetinin 80 faiz üzvü birbaşa İrana zərbələr endirilməsini vacib sayır.
Rafi Müslümov
www.yenicag.az