Temperatur yüksələcək

media-hightechnic-468x90

imagesAzərbaycanın bəzi yerlərində havanın temperaturu yenidən yüksələrək 14 dərəcəyə çatacaq. Mülayim hava şəraitinin ölkə ərazisində yaxın günlər ərzində də davam edəcəyi gözlənilir.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

(trend.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05