Xəbər verdiyimiz kimi, bu gün Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans keçirilib.
Konqresdə iştirak edən Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında konfransın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Deputat qeyd edib ki, beynəlxalq konfransların belə mükəmməl təşkil olunması Ermənistanın uzun illər ərzində yaydığı soyqırımı iddialarının əsassızlığını dünyaya nümayiş etdirəcək. Onun sözlərinə görə, bu cür tədbirlər, həmçinin məcburi köçkünlərin hüquqlarının müdafiəsinə və ədalətin bərpa olunmasına töhfə verəcək.
Ətraflı videomaterialda:
Məsimə Məmmədova
www.yenicag.az