!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı Milli Məclisdə neftçalalıların səsi olacaq – Məlahət Qurbanova yazır

!Reklam – Yazi

70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının nə bərli-bəzəkli sözlərə, nə təriflərə, nə də xüsusi təqdimata ehtiyacı var.

Uzun illərdir ki, Tənzilə xanımı yaxından tanıyan bir insan kimi hər bir kəsə arzu edərdim ki, onun yanında Tənzilə xanım kimi sadiq bir dostu, sirdaşı olsun. Tənzilə xanım yalnız yaxşılıq, xeyirxahlıq üçün yaranmış təmənnasız bir dostdur.

Azərbaycanın ictimai-siyasi mühitində elə bir önəmli milli xarakterli hadisə yoxdur ki, orada Azərbaycan xanımlarının ən öncül simalarından olan Tənzilə Rüstəmxanlının fikri, mövqeyi səslənməsin. Onun üçün hansısa xüsusi çağırışa heç ehtiyac da yoxdur. Çünki Tənzilə Rüstəmxanlı bunu özünə milli borc kimi qəbul edən əsl Vətən fədaisidir.

Tənzilə xanım saf qanlı, təmiz qəlbli Türk qızıdır. O, vətənini, millətini sonsuza qədər sevən vətən sevdalısıdır. Onunla ünsiyyətdə olan hər bir kəs, sanki illərdir bu cəsur, mərd, gülərüz xanımı tanıyır, sanki onunla bir ailənin üzvüdür. Hərdən özümə də sual verirəm ki, görəsən, bu qeyrət simvolu, əxlaq mücəssəməsi olan xanım-xatın şəxsiyyəti hər kəsdən fərqli edən hansı amildir? O an 30 ildən artıq dönəmi əhatə edən tarix gözlərim önündə canlanır. Tənzilə xanımı tanıdığım gündən onun mənsub olduğu ailəsini, soy-kökünü, qohum-əqrabasını da yaxından tanımışam. Tənzilə xanımın mayası elə yoğrulub ki, orada ancaq və ancaq halallıq, saflıq, təmizlik olub. Mayası halallıqdan yoğrulan bu əzmkar Türk Xatunu hər zaman öz ailə ənənələrinə sadiq qalaraq, insanlara və insanlığa xidmət edib. Türk olduğunu türkçülüyü ilə, millət sevgisini millətçiliyi ilə, ailə sevgisini sədaqəti, övlad məhəbbəti ilə alovlandıran Tənzilə xanım həmişə qətiyyəti, Vətən sevgisi, dövlətimizə, dövlətçiliyimizə sadiqliyi, sonsuz sədaqəti ilə öndə olmağı, seçilməyi, fərqlənməyi bacarıb.

Tənzilə Rüstəmxanlı təkcə ictimai xadim, türkçülük ideyalarının yayılması uğrunda fəal mübarizlərdən deyil. Onun xidmətləri sadalamaqla bitməz. O, həm də müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına nail olmaq, özünüdərk və milli kimliyimizin təbliği ilə bağlı hədəflərinə sadiqlik yolunda mücadilə edənlərdəndir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rəhbərlik etdiyi Azərbaycan Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin fəaliyyəti çoxlarına örnək ola bilər! Bəli, Tənzilə Rüstəmxanlı Azərbaycan Türk Qadınlar Birliyinin sədri kimi ötən dövrdə Azərbaycan və Türkiyə başda olmaqla türk qadınlarının birliyi, birgə mübarizəsi yolunda böyük və uğurlu ilklərə imza atıb. Azərbaycan Türk Qadınlar Birliyi məhz onun liderliyi ilə yaranıb. Bu qurumun Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün fəaliyyəti hər kəsə bəllidir.

Əminəm ki, deputatlığa namizəd Tənzilə Rüstəmxanlı Azərbaycan parlamentində seçicilərini ləyaqətlə təmsil etmək iqtidarındadır. Milli Məclisdə təmsil olunmaq bu cəsur Türk qadını üçün sadəcə və sadəcə olaraq yeni tribuna ola bilər.

Və buna da əminəm ki, Tənzilə Rüstəmxanlının parlamentdəki fəaliyyəti çoxşaxəli olacaq. O, neftçalalıların etimadı ilə qazanacağı mandatın verdiyi tribunlarda Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Zəngəzur dəhlizi kimi qlobal problemləri ən mötəbər məclislərdə səsləndirmək, real nəticələr qazanmaq iqtidarında olan ziyalı, vətənpərvər, əzmkar, qətiyyətli bir xanımdır.

Tənzilə xanım illər ərzində millət vəkillərinin üzərinə düşən bütün vəzifələri mandat olmadan da həll edən, insanların dadına yetişən bir insandır. Tənzilə xanım böyük bir məktəbdir.
Tənzilə Rüstəmxanlını çoxlarından fərqləndirən xüsusi keyfiyyətləri var. Bu da onun cəsarətli, əzmkarlığı, qətiyyəti, dönməzliyi, daha prinsipial olmasındadır. Tənzilə xanımda əsl döyüşçü, savaşçı ruhu var. Bunu onun ali kürsülərdə çıxışları zamanı da aydın şəkildə görmək olur.

70 saylı Neftçala Seçki Dairəsindən olan seçiciləri Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıram!

Məni üzən bir məqama da toxunmaq istəyirəm. Bəziləri deyir ki, güya Tənzilə xanımla görüşə büdcə təşkilatlarının işçilərini zorla gətirmişdilər. Haqqı nahaqqa vermək Allah qarşısında ən böyük günahdır. Həmin adamlara üzümü tutub, deyirəm: Bu qədər iftira, qara yaxmaqla Allah qarşısında günaha batmayın! Tənzilə xanımla görüşə gələn, istidə ayaqüstə dayanan o qədər insanların üzündəki sevinc, gözlərindəki ümidimi də zorla yaratmışdılar? Axı bunu hər kəs yaxşı bilir ki, kiminsə simasında, gözlərində yalandan, zorla təbəssüm, işıq yaratmaq mümkün deyil. Göz qəlbin aynasıdır. Mən o insanların gözündə bir ümid işığı gördüm və onların Tənzilə xanıma nə qədər böyük ümidlər bəslədiyinin şahidi oldum.

Bir söz deyə bilərəm, Neftçala camaatı, Neftçala rayonu Tənzilə xanımın simasında yalnız qazanacaq. Onlar nə qədər şanslı insanlardır ki, onların namizədi Tənzilə Rüstəmxanlıdır. Ona bu çətin, şərəfli yolda uğurlar arzulayıram.

 

Məlahət Qurbanova
70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkili

COP29

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv