Tənzilə Rüstəmxanlı "Tağıyev" sənədli filminin təqdimat mərasimində iştirak etdi - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı İHH İnsani Yardım Vəqfinin, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və “Damla” İB-nin birgə təşkilatçılığı ilə çəkilən Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev” sənədli filminin təqdimat mərasimində iştirak edib.

Nizami Kino Mərkəzində keçirilən təqdimatda Türkiyə və Azərbaycanın ictimaiyyət və mədəniyyət nümayəndələri, filmin yaradıcı heyəti iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, bu sənədli film tək Tağıyevin həyat və fəaliyyətindən bəhs etmir, eyni zamanda, cəmiyyətə xeyriyyəçilik ruhunu aşılayır.

Qeyd edək ki, “Tağıyev” filmi “Rumman” şirkətinin istehsalıdır. Filmin rejissoru M. Abdülqafur Şahindir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600