Tərtərdə iki nəfər minaya düşdü

media-hightechnic-468x90

Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.

media-banner_tkm

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların ayaqlarının amputasiya edildiyi bildirilir.

Xatırladaq ki, ötən gün Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə üç nəfər minaya düşüb, ikisi həlak olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05