!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təxribatçı ermənilər polisin göstərişlərinə əməl etmirlər - FOTO

!Reklam – Yazi

Tbilisidə uydurma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya Türkiəyinin Gürcüstandakı səfirliyinin binası istiqamətində yürüşlə davam etdirilir.

Yenicag.az xəbər verir ki, yürüş iştirakçılarını müşayiət edən polis əməkdaşları öndə aparılan təxribatçı plakatın yığışdırılmasına göstəriş versə də, təşkilatçılar buna məhəl qoymayıblar.

Mərkəzi İlya Çavçavadze prospekti boyu addımlayan yürüşçülər Türkiyə əleyhinə şüarlar deyir, erməni dilində mahnılar səsləndirilir.

Gürcüstanın paytaxtı ​​​​​​Tbilisi şəhərində qondarma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya keçirilir. Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.

Ermənilər ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin “bayraq”larını da tutublar.

Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv