Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Təyyarəyə zəhərli əqrəb girdi

İndoneziyada Pekanbaru-Cakarta reysi ilə uçan “Boeing-737” təyyarəsində əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub.

Yenicag.az xəbər verir ki, təqribən 12 düym uzunluğunda həşərat sərnişinlərdən biri yuxarı baqaj yerindən əl yükünü götürərkən plastik qapağın kənarına çıxıb.

Asiya meşə əqrəbi adlandırılan bu növün ən təhlükəli və zəhərli həşəratlardan biri olduğu bildirilir. Onun nə vaxtdan təyyarənin göyərtəsində olduğu məlum deyil. Qapağın kənarında görünən əqrəb sərnişinlər arasında çaxnaşma yaradıb.
Baş verən hadisənin şahidi olmuş Kərim Taslin adlı sərnişin bildirib ki, təyyarə endikdən sonra sərnişinlər əl yüklərini götürməyə başlayanda əqrəb onların başı üzərində görünüb. K.Taslin xidmət personalını çağırmaq üçün düyməni basdığını, lakin heç kimin ona yaxınlaşmadığını deyib. Bundan sonra o, çantasını götürərək təyyarəni təcili tərk edib.

Məlumatda qeyd edilir ki, sərnişinlər arasında çaxnaşma göyərtə bələdçilərinin hadisə yerinə yaxınlaşmasına imkan verməyib. Sərnişinlər təyyarəni tərk etdikdən sonra aeroportun əməkdaşları əqrəbi axtarmağa başlasalar da, onu tapmaq mümkün olmayıb.
Təyyarənin məxsus olduğu aviaşirkət isə həşəratın tezliklə tapılaraq laynerdən çıxarılacağını vəd edib.

www.yenicag.az

8045
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM