Bakıda külli miqdarda pul oğurlayan dəstə tutulub.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12 900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıb.
Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
www.yenicag.az