Ticarətdə dollardan imtina edilməsi gündəmdədir-Ekspert

media-hightechnic-468x90

yenicag_dollarOqtay Haqverdiyev: “Heç bir ölkə hazırkı vəziyyətdə dollardan imtina etməz”

 Son zamanlar bir sıra ölkələr ticarət  əlaqələrində dollardan imtina etməyə çalışırlar. Bu istiqamətdə bildiyimiz kimi Rusiya addım atıb. Bu ölkə bəzi ölkələrlə ikitərəfli əlaqələri milli valyutalarla həyata keçirməyi düşünür. İndi isə Rusiyanın ardınca Qazaxıstan da dollardan imtina etməyə hazırlaşır. Görəsən, bu gedişlə bəzi ölkələrin ticarət əlaqələrində dollardan imtina etmələri nə dərəcədə real səslənir?

İqtisadçı alim Oqtay Haqverdiyev dolların hegomonluğu fonunda MDB məkanında və yaxud hər hansı bir yerdə ticarətin başqa valyutalarla aparılmasının mümkünsüz oldunu qənaətindədir: “Artıq uzun müddətdir ki, bir sıra ölkələr öz aralarındakı ticarətdə dollardan imtina etmək məsələsini gündəmə gətirirlər. Hələ Ukrayna hadisələrindən öncə də bu istiqamətdə söhbətlər olub. Bu istiqamətdə dəfələrlə məsələ qaldırılıb. Amma dollardan imtina etmək mümkün deyil. Hətta texniki nöqteyi-nəzərdən də bu mümkünsüzdür. Rusiyanın idxalının həcmi 70 milyard dollara yaxındır. Onu rublla həyata keçirmək istəyi baş turan deyil. Bunun üçün dollar lazımdır. İndiki halda hətta rus rubluna yaxın duran olmayacaq. Bu istiqamətdə səslənən fikirlər əslində siyasi xarakter daşıyan söz-söhbətlərdir.  Bununla iddia etmək istəyirlər ki,  dollarsız da dolana bilərlər. Amma belə deyil. Məsələ hətta ABŞ-ın özü ilə bağlı deyil. Söhbət Amerikanın iqtisadiyyatı ilə bağlıdır. Dünya ticarətinin 80 faizi dollarla hesablanır. Yalnız yerdə qalan 20 faizə yaxını avro ilə aparılır. Yəni dollar tutumluğuna görə, ən qüdrətli valyutadır. Ona görə də heç bir ölkə hazırkı vəziyyətdə dollardan imtina etməz. Dünyada 23 ölkə var ki, öz milli valyutasını dollar adlandırıb. Hansısa ölkədə dollar işləyirsə, deməli bu ölkənin müəyyən dərəcədə zəmanətli iqtisadiyyatı var. Hər bir ölkənin azdan-çoxdan dollar nisbətində valyuta ehtiyatı varsa, ona kredit də verirlər. Ayrı valyuta ilə ticarət aparanlara isə kredit verməyəcəklər. Ona görə də, dollardan imtina edərək xarici ticarətdə  başqa valyutadan istifadəyə keçmək kimi söz-söhbətlər sadəcə olaraq piar xarakteri daşıyır. Türkiyə Rusiya ilə milli valyutalarla ticarət etmək haqqında danışıq aparır. Bunun baş verməsi mümkün deyil. Çünki, Türkiyənin özünün bütün xarici ticarətinin 90 faizi Avropaya yönəlib. Avropadan gətirilən avtomobillər, texnika, bunlar hamısı dollar və avro ilə aparılır. Belədə, Rusiya ilə əlaqələrdə rubla keçmək mümkünsüzdür”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600