Tofiq Yaqublunun qızının dəfninə buraxılması üçün Ədliyyə Nazirliyinə müraciət edildi

media-hightechnic-468x90

tofiq_76023_418266“Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgizin vəfatı ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət etməyə gedirəm. Cəzaların İcrası Məcəlləsinə görə Tofiq Yaqubluya 7 gün müddətinə məzuniyyət verilməlidir”.

Bu barədə  vəkil Nemət Kərimli məlumat verib. O bildirib ki, Tofiq Yaqublunun qızının ölümündən hələ ki xəbəri yoxdur:

“Hesab etmirəm ki, hakimiyyət Tofiq Yaqublunu qızının yas mərasiminə buraxmayacaq qədər qeyri-humanistlik nümayiş etdirsin. Siyasi mübarizə öz yerində. Yəqin ki, Tofiq Yaqublunu övladının yasına buraxarlar”.

Vəkil onu da əlavə edib ki, Nərgiz Yaqublunun cənazəsi Azərbaycana sabah gətiriləcək.

Nərgiz Yaqublu ötən il ailə qurub, Rusiyada yaşayırdı. Ailə qurmazdan öncə “Yeni Müsavat” qəzetində çalışıb. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi və Tomsk şəhərindəki xəstəxanaların birində müalicə alırdı. Mərhum ana olmağa hazırlaşırdı…

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 23-də və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilib.

Məhkəmənin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

modern.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600