Tolik canlı yayımda: "Bu, özümə verdiyim bir cəzadır"
Məşhur aparıcı “Space TV”dən öz ərizəsi ilə ayrıldı: “Səhvimə görə kanalın uğuruna ləkə ola bilmərəm”.
Yenicag.az xəbər verir ki, tanınmış aparıcı Tarix Əliyev (Tolik) canlı yayımda tamaşaçıları ilə vidalaşaraq işdən uzaqlaşdığını elan edib.
Tolik vəzifəsindən öz istəyi ilə ayrılma səbəblərini bu sözlərlə izah edib:
“Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, ‘Space TV’də ‘Tarixin bir günü’ verilişini aparıram və proqramımda heç bir qanun pozuntusu olmayıb. Aparıcılıqdan çıxmaq haqqında ərizəmi rəhbərliyə təqdim edəndə vicdanım rahatladı. Əsəblərimə hakim ola bilməməyim, başqasına emosional fikir bildirməyim böyük bir kanalın uğuruna ləkə gətirməməlidir. Həyatda itirəcəyim tək şey övladımdır. Bu addım, əslində, özümə verdiyim bir cəzadır”.
Nehru













