Tovuz rayonunda minaya düşən iki nəfərin birinin ayağı amputasiya olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində xəstəxanaya gətirilən mülki şəxs, 2004-cü il təvəllüdlü Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir.
Hadisə nəticəsində ağır xasarət alan digər şəxs, 1994-cü il təvəllüdlü Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.
Xatırladaq ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində-Tovuz rayonunun Əlibəyli kəndi ərazisində həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə kənd sakinləri heyvan otararkən baş verib.
***
12:13
Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.
Yenicag.az-ın məlumatına görə, hadisə Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb./Report/
www.yenicag.az