Toydan qayıdan ailə qəzaya düşdü: Xəsarət alanlar var

media-hightechnic-468x90

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

media-banner_tkm

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun “Səbət bazarı” yaxınlığında qeydə alınıb.

“Mercedes” markalı avtomobil hərəkətdə olan zaman anidən qarşısına mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, 10 yaşlı M.Süelymanzadə, 42 yaşlı S.Məmmədova, 54 yaşlı S.Məmmədova və 40 yaşlı G.Məmmdova xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05