“Toyota” şirkəti ABŞ-da 143 minə yaxın avtomobili geri çağırıb.
Yenicag.az-ın məlumatına görə, qərar avtomobillərdə əyləc sistemində və təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Geri çağırılma 2018-2019-cu illərdə istehsal olunmuş “Land Cruiser” və “Lexus LX570” avtomobillərinə, eləcə də 2018-2019-cu illərin “Tacoma” pikaplarına şamil edilib.
Həmin qüsurlarla əlaqədar yol qəzalarının baş vermədiyi qeyd olunur.
www.yenicag.az