Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tramp-Lavrov görüşü Ağ Evlə Kreml arasında gərginliyə son qoya biləcəkmi?

ABŞ prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrovla Vaşinqtonda baş tutan görüşü yüksək qiymətləndirib. Görüş barədə mətbuata açıqlamasında ABŞ prezidenti ümid etdiyini bildirib ki, Moskva ilə başlanan dialoq Suriya və Ukraynada sülhün bərqərar olmasını sürətləndirə bilər. O düşünür ki, Rusiya diplomatiyasının başçısı ilə aparılan diskussiya son nəticədə çoxsaylı insanları ölümün pəncəsindən xilas edəcək.

Görəsən, ekspertlər sözügedən görüş barədə nə düşünürlər? Bu görüşə Ağ Evlə Kreml arasında artıq xeyli müddətdir mövcud olan gərginliyin aradan qaldırılması yolunda atılan ilk mühüm addım kimi baxmaq olarmı?

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının fikrincə, Vaşinqtonda baş tutan görüş Ağ Evlə Kremlin indiyə kimi davam edən kəskin qarşıdurma münasibətlərindən uzaqlaşa biləcəklərinə bir siqnaldır:

“Vaşinqtonda Trampla Lavrov arasında keçirilən görüşü əlbəttə ki, ABŞ-la Rusiya arasındakı münasibətlərdə yaşanan gərginliyin nisbətən zəiflədilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək mümkündür. Amma bilirsiniz ki, bu görüş mürəkkəb bir şəraitdə baş verir. ABŞ-ın yeni prezidentinin Rusiya ilə bağlı münasibəti onsuz da tənqid obyektidir. ABŞ-ın özündə Rusiya ilə münasibətə yanaşma tərzi birmənalı deyil. Xüsusən Tramp hakimiyyəti bununla bağlı sərt tənqid olunur. Hətta iddia olunur ki, Federal Təhlükəsizlik Xidmətinin bununla bağlı tədqiqatı var. Düzdür, o bunu rəsmi şəkildə təkzib edib. Lakin hər halda belə iddialar var idi. Bu fonda Federal Təhlükəsizlik Xidmətinin rəhbəri də istefaya göndərildi. Belədə düşünmək olar ki, Tramp Rusiya ilə münasibətlərə daha çox əhəmiyyət verəcək, münasibətlərin inkişaf etdirilməsinə çalışacaq. Bu mənada Lavrovla görüş də xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Trampın bütün siyasətilə bağlı ziddiyyətli fikirlər söylənilir. Eləcə də onun Rusiya ilə münasibəti ətrafında ziddiyyətli fikirlər dolaşır. Bəziləri deyir ki, Trampın seçkidə qələbə çalmasında Rusiyanın rolu vardır, ona görə də Moskva ilə əlaqələr yaxşılığa doğru gedəcək. Digərləri də Trampın Suriyaya endirdiyi hava zərbələrini əsas gətirərək iddia edir ki, onun Moskva ilə münasibətləri yaxşılaşmayacaq. Fikrimcə, birinci versiyanın reallaşma ehtimalı daha yüksəkdir. Tramp Rusiya ilə münasibətləri nizama salmaq istəyir. Lavrovla olan görüşü də birmənalı olaraq buna xidmət edib. Zənncə, Trampın hakimiyyəti dövründə Vaşinqtonla Moskva arasında qarşıdurmaların olmasına şahid olmayacağıq. Epizodik xarakterli bəzi hallar ola bilər, amma ümumiyyətlə, yeni ABŞ administrasiyası Kremllə münasibətlərin inkişafında maraqlı olacaq.

ABŞ-la Rusiya arasında elə məsələlər var ki, yaranan əlaqələrin ilk günündən problemli olduğu kimi yenə də problemli olaraq qalır. Bu mənada Vaşinqtonun hazırda Moskva ilə münasibətləri normallaşdırması fonunda söhbət heç də mövcud olan mübahisəli məsələlərin həllindən getmir. Burada söhbət mübahisəli məsələlərə baxmayaraq, tərəflərin kəskin qarşıdurmaya gedəcəyi, yoxsa dialoqu davam etdirərək, bəlkə hansısa 3-4-cü sahələrdə əməkdaşlığı davam etdirməklə yeni problemlərin ortaya çıxmasına maneə olacaqlarından gedir. Yəni Vaşinqtonla Moskvanın əməkdaşlıq mühitinə qədəm qoyacaqları təqdirdə belə Ukrayna və Suriya probleminin həll olunacağını düşünmürəm. Hələ hər iki tərəfin Ukrayna və Suriya probleminin həll olunmasını istəyib-istəmədikləri barədə də yüz faiz proqnoz verə bilmərəm. Amma əməkdaşlıq yoluna qədəm qoymaqla yeni problemli sahələrin meydana çıxmasına əngəl ola bilərlər. Əsas odur ki, bundan sonrakı mərhələ kəskin ABŞ-Rusiya qarşıdurması mərhələsi olacaq, yoxsa daha çox dialoqa diqqət yetirəcəklər. Fikrimcə, kəskin qarşıdurmalardan əsasən uzaqlaşacaqlar”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

452
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100