ABŞ prezidenti Donald Tramp Londonda törədilmiş terror aktı ilə əlaqədar Böyük Britaniyanın baş naziri Boris Consona başsağlığı verib.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.
Bəyanatda qeyd edilib ki, iki lider Londonda, dekabrın 3-4-də NATO sammitində təkbətək görüşəcək.
Xatırladaq ki, London körpüsündə baş verən terror aktında yaralanan iki nəfər ölüb.