ABŞ prezidenti Donald Tramp Ali Məhkəmə sədrliyinə namizədliyini irəli sürdüyü Brett Kavano ilə bağlı FTB-yə göstəriş verib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Senatı prezident tərəfindən Ali Məhkəmə sədrliyinə namizəd irəli sürülmüş Brett Kavano ilə bağlı səsverməni oktyabrın 5-nə qədər təxirə salıb.
Məlumata görə, buna səbəb prezident Trampın Federal Təhqiqatlar Bürosuna (FTB) Kavanoya qarşı irəli sürülmüş zorlama ittihamının bir həftə müddətinə araşdırılmasına dair göstəriş verməsi olub.
Dünən isə Senatın Hüquq komitəsində Kavanonun namizədliyi müzakirə edilib. Komitədəki respublikaçılar yekdilliklə Kavanonun lehinə, demokratlar isə yekdilliklə əleyhinə səs veriblər.
Trampın mətbuat katibi Sara Sanders “Twitter”də prezidentin adından məlumat paylaşaraq, Kavano ilə bağlı təhqiqat aparılması üçün FTB-yə göstəriş verdiyini təsqdiqləyib.