Trampın "İran ssenarisi" VAŞİNQTONDA: Federal mərkəzlə şəhər rəhbərləri arasında açıq SAVAŞ

media-hightechnic-468x90

“Amerikada bir neçə şəhərin meri və yerli polis rəhbərliyinin Trampa yaxın güc strukturlarına qarşı mövqe tutması göstərir ki, məsələ artıq təkcə polis zorakılığı deyil, dövlət daxilində legitimlik böhranıdır.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-8f2e3aba-d6a6-4d0c-8812-780f8ec8f9d8

Politoloq Amerikada fotoqrafın güc strukturları tərəfindən öldürülməsindən sonra davam edən etiraz dalğasının günü-gündən genişlənməsinin səbəblərini belə izah edib:

“Trampın xaricdə, xüsusilə İranda etiraz dalğası yaratmaq və onu idarə olunan təzyiq alətinə çevirmək niyyəti paradoksal şəkildə ABŞ daxilində özünə qarşı oxşar, amma daha nəzarətsiz bir proses doğurdu. ABŞ cəmiyyətində hüquq-mühafizə orqanlarının iştirakı ilə baş verən ölüm halları artıq struktur problemə çevrilib və hər dəfə eyni ssenari təkrarlanır: bir hadisə qığılcım olur, ardınca etnik, sosial və siyasi gərginlik sürətlə küçələrə daşır. Bu etirazlar təkcə konkret ölümü deyil, illərlə yığılan sistemli ədalətsizlik hissini ifadə edir. Prezidentlər dəyişir, ritorika dəyişir, amma mexanizm dəyişmədiyi üçün nəticə də dəyişmir.

Z. Qarayeva qeyd edib ki, hazırkı etirazlar Trampın şəhər merləri və xalq arasında legitimliyini sual altına alır:

“Hazırkı etirazları fərqləndirən əsas cəhət isə federal mərkəzlə yerli idarəetmə arasında açıq qarşıdurmanın ortaya çıxmasıdır. Bir neçə şəhərin meri və yerli polis rəhbərliyinin Trampa yaxın güc strukturlarına qarşı mövqe tutması göstərir ki, məsələ artıq təkcə polis zorakılığı deyil, dövlət daxilində legitimlik böhranıdır. Bu, ABŞ üçün təhlükəli presedentdir, çünki mərkəzi hakimiyyətin zor tətbiqinə belə tam nəzarət edə bilmədiyi görüntüsü yaranır. Trampın xaricdə xaos ixrac etməyə çalışan siyasəti, daxildə idarəolunmaz gərginliklə üz-üzə qalaraq, ABŞ demokratiyasının özünün nə qədər kövrək olduğunu bir daha üzə çıxarır.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa