!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Turist hoteli Prezident Sarayı ilə səhv saldı - FOTO

İrlandiyalı turist Rumıniyada çaxnaşma yaradıb.

Yenicag.az xəbər verir ki, Buxarestdə gecə klubunda əyləndikdən sonra hotelinə getmək istəyən irlandiyalı turist dünyanın ikinci ən böyük inzibati binası olan Rumıniya Prezident Sarayına üz tutub.

Belə  ki, sərxoş vəziyyətdə Prezident Sarayına daxil olan şəxs təhlükəsizlik qüvvələrini səfərbər edib. Terrorçuluqda şübhəli bilinərək saxlanılan irlandiyalının yaşadıqları dindirilmə zamanı üzə çıxıb.

Şəxs həmin gecəni xatırlamadığını bildirib. Turistlə bağlı araşdırmalar davam edir.

1984-1997-ci illər arasında inşa edilən  və ərazi baxımından ABŞ Müdafiə Nazirliyindən sonra ikinci ən böyük tikili olan Rumıniya Prezident Sarayı 700 min ton polad, bürünc və büllurla dünyanın ən möhtəşəm tikilisi olaraq Ginnesin Rekordlar Kitabına girib. /Unikal/

www.yenicag.az

189
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100