!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyası qadın sahibkarlarının 8 Noyabr ZƏFƏR ŞÖLƏNİ: İş xanımları İstanbulda bir araya gəldi - VİDEO

!Reklam – Yazi

Türk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəliblər.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Türkiyə-Azərbaycan İş Qadınları Platforması əməkdaşlığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3096 nömrəli Sərəncamı ilə bu il Azərbaycanda elan edilən “Şuşa İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ incilərinin Avropa sədası” layihəsi, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü və Türk Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin 1-ci ildönümü münasibətilə həyata keçirilən bu tədbir türk dünyası iş adamları, dövlət işçiləri və mətbuat işçilərinin də iştirakıyla İstanbulda keçirilib.

Qarabağ müharibəsi şəhidləri adına bir dəqiqəlik sükut və Azərbaycan, Türkiyə himnlərinin səsləndirilməsindən sonra tədbir açılış nitqləri ilə davam edib.

Spikerlər – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Türkiyə-Azərbaycan İş Qadınları PlatformasınınPrezidenti Yeganə Quliyeva, Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasının üzvü, Türk Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarlar Komitəsinin Azərbaycan Hüquq və İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri vəkil Aygün Əliyeva, Azərbaycanın millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Qırğızıstanın İstanbuldakı baş konsulu Lira Sıdıkova, Qazaxıstan Ahi Bektaş Türk Dünyası başkanı Anara Baycanova, ASAM Avrasiya Strateji Araşdırmalar Mərkəzi başkanı Musa Çələbi – öz nitqlərində Azərbaycanı Qarabağ zəfəri münasibətilə təbrik etdilər, türk dünyası dövlətləri arasında ticarətin artırılması mövzusunda Qadın Sahibkarlığı Komitəsinin fəaliyyətlərini strateji baxımdan önəmli bir addım olaraq gördüklərini vurğulayıblar.

Daha sonra tədbir Azərbaycan rəqs şousu və azərbaycanlı sənətçi Səidə Quliyevanın musiqisilə davam edib.

Sonda “Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində moda nümayiş olunub.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafına dəstək məqsədilə 2021-ci ilin noyabr ayında Türkiyə Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarlar Komitəsi yaradılıb və türkdilli ölkələrin hər birindən 10 nümayəndə iştirak edib. Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva komitənin sədri seçilib. Bir il ərzində türkdilli dövlətlərin qadın sahibkarları ilə müxtəlif təşkilatlarla əməkdaşlıqda mühüm addımlar atılıb.

 

www.yenicag.az

1876
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv