Türk vətəndaşı Göyçayda qəza törədib
Göyçay rayonunda yol qəzası baş verib.
Hadisə oktyabrın 17-də gecə Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, rayonun Potu kəndi ərazisində qeydə alınıb.
Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Tarık Gülşən Ramazan idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına it çıxıb. Sürücü heyvanı vurmamaq üçün avtomobili kənara çəkib və idarəetməni itirərək ağaca çırpıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa.az)