“Türkiyə heç zaman çökməyəcək”
Milli Məclis sədrinin müavini Bahar Muradova ermənilərin qondarma “soyqırımı”nı tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu fikri YAP-ın aprelin 23-də keçirilən konfransında dilə gətirib.
O, konfransda çıxışı zamanı bildirib ki, bir sıra Avropa dövlələri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edı bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar.
“Etiraf edək ki, qondarma “erməni soyqırımı”nın tanıdılmasının qarşısını ala bilmirik. Proses başlanıb, davam edir. Bizim sakit dayanmağa haqqımız yoxdur.
Biz arxayınlaşmamalıyıq ki, bu tanınma heç də hüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da başverə bilər. Biz buna hazır olmalıyıq.
Düzdür, bununla Türkiyəni çökdürmək olmaz, Türkiyə heç zaman çökməyəcək. Amma biz bu proseslərdə birgə və daha güclü mübarizəmizi davam etdirməliyik”-deyə, B. Muradova daha sonra sözlərinə əlavə edib.