Türkiyə İrana helikopter ilə xilasedici qruplar göndərdi

media-hightechnic-468x90

Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecə görmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar göndərib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) paylaşımında bildirilib.

Məlumatda qeyd olunub ki, İran tərəfinin dəstək xahişi AFAD-a Türkiyə Xarici İşlər Nazirliyinin kanalları ilə daxil olub.

Qəza bölgəsinə Türkiyənin Van və Ərzurum vilayətlərindən 32 xilasedici ilə 6 nəqliyyat vasitəsi göndərilib. Həmçinin, Ankara, Diyarbəkir və Konya vilayətlərindən də ümumilikdə 45 xilasedici hazır vəziyyətə gətirilib.

AFAD rəhbərliyi İrandakı hadisələri diqqət mərkəzində saxladığını vurğulayıb./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05