Türkiyə nəhənginə “emblemsiz forma” ŞOKU - FOTO

media-hightechnic-468x90

“Fənərbaxça”nın gənc ulduzu Muhammed Gümüşkayanın vurduğu qoldan sonra formasında klub emblemini tapa bilməməsi qalmaqala səbəb olub.

media-banner_tkm

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, ötən gün İstanbulda Finlandiyanın “HJK” komandasını qəbul edən “Fənərbaxça”nın emblemsiz forması ciddi mübahisə doğurub.

Qeyd olunur ki, “Fənərbaxça”nın gənc ulduzu Muhammed Gümüşkaya “HJK”nın qapısına vurduğu qoldan sonra “Puma” şirkətinin istehsalı olan formasında klubun emblemini tapa bilməyib.

O da bildirilir ki, “Fənərbaxça” “Puma”nın bu hoqqası ilə üzləşən yeganə komanda deyil. Məlumata əsasən, “Puma” Avropada sponsoru olduğu daha 10 klubun formasında emblemləri “ixtisar”a salıb.

Şirkət bu addımını futbol formaları ilə gündəlik geyim dəbini “uyğunlaşdırmaq” niyyəti ilə əlaqələndirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05