Ankara iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb.
Yenicag.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarında deyib.
“ABŞ-ın addımlarından sonra Türkiyə parlamentində də Paris sazişinin ratifikasiyası dayandırılıb”, – deyə Ərdoğan bildirib.
“İnkişaf etməkdə olan Türkiyənin sazişdə göstərilən sanksiyalardan azad edilməsinə təzminat verilməyincə, Ankara bu müqaviləni ratifikasiya etməyəcək”, – deyə prezident qeyd etdi.
Qeyd edək ki, iyunun 1-i ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris sazişindən imtina etdiyini bildirdi.