Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması barədə qərar çıxarılıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) oktyabrın 17-də baş tutan iclasında qərar qəbul edilib. Qərar oktyabrın 19-da Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək və 2018-ci il yanvarın 19-dək davam edəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ildə baş verən 15 iyul hadisələrindən sonra tətbiq olunmağa başlayıb.
www.yenicag.az