Türkiyədə koronavirus daha 215 can aldı

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 347 min 426 test aparılıb, 22 min 583 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 215 nəfər koronavirusdan vəfat edib, 25 min 254 nəfər müalicə olunaraq sağalıb.